Rusiya və Çin liderləri birgə bəyanat imzalayıblar

Rusiya və Çin liderləri birgə bəyanat imzalayıblar Rusiya Prezidenti Vladimir Putin və çinli həmkarı Si Cinpin birgə bəyanat imzalayıblar.
Digər ölkələr
4 Fevral , 2022 13:28
Rusiya və Çin liderləri birgə bəyanat imzalayıblar

Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin birgə bəyanat imzalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, sənəd beynəlxalq münasibətlər və qlobal davamlı inkişafı nəzərdə tutur.

Həmçinin birgə bəyanatda tərəflərin ABŞ, Böyük Britaniya və Avstraliyanın AUKUS assosiasiyasının yaradılmasından ciddi narahatlığı ifadə olunub.

Qeyd edək ki, ötən il ABŞ, Avstraliya və Böyük Britaniya təhlükəsizlik sahəsində yeni üçtərəfli - AUKUS tərəfdaşlığının yaradıldığını bəyan etmişdilər. Bu tərəfdaşlıq çərçivəsində ilk böyük təşəbbüs Avstraliya üçün atom sualtı qayıqlarının hazırlanması haqqında bəyanat olub.

Son xəbərlər

Orphus sistemi