Rusiya Çinlə audit sistemi ilə bağlı memorandum imzalayıb

Rusiya Çinlə audit sistemi ilə bağlı memorandum imzalayıb Rusiya və Çinin maliyyə nazirlikləri audit sistemlərinin ekvivalentliyini tanıyan memorandum imzalayıblar. Sənədin imzalanması mərasimi Rusiyanın maliyyə naziri Anton Siluanovun Pekinə səfəri zamanı baş tutub.
Digər ölkələr
18 Dekabr , 2023 15:17
Rusiya Çinlə audit sistemi ilə bağlı memorandum imzalayıb

Rusiya və Çin audit sistemlərin ekvivalentliyini tanıyan memorandum imzalayıb. Sənədin imzalanması mərasimi Rusiyanın maliyyə naziri Anton Siluanovun Pekinə səfəri zamanı baş tutub.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

A.Siluanovun sözlərinə görə, bu memorandum Rusiya və Çin qanunvericiliyinin sinxronlaşdırılmasına imkan verməklə yanaşı, iki ölkənin sahibkarlarının işini asanlaşdıracaq.

Bildirilib ki, A.Siluanov və Çinin maliyyə naziri Lan Foanın başçılıq etdiyi Rusiya və Çin nümayəndə heyətlərinin görüşü üç saata yaxın davam edib.

Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustinin dekabrın 19-20-də Pekində səfərdə olacaq. O, Rusiya və Çin baş nazirlərinin 28-ci növbəti görüşü fonunda Çinin rəhbəri Si Cinpin və Dövlət Şurasının Baş naziri Li Tsyanla görüşəcək.

Son xəbərlər

Orphus sistemi