Rusiya və Çin ABŞ-ın Yaxın Şərqlə bağlı qətnamə layihəsini bloklayıb

Rusiya və Çin ABŞ-ın Yaxın Şərqlə bağlı qətnamə layihəsini bloklayıb Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təklif etdiyi Yaxın Şərqlə bağlı qətnamə layihəsinə veto qoyub.
Digər ölkələr
26 Oktyabr , 2023 02:00
Rusiya və Çin ABŞ-ın Yaxın Şərqlə bağlı qətnamə layihəsini bloklayıb

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təklif etdiyi Yaxın Şərqlə bağlı qətnamə layihəsinə veto qoyub.

“Report”un məlumatına görə, sənədin lehinə 10 ölkə, əleyhinə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirlikləri səs verib, 2 ölkə isə bitərəf qalıb.

Sənəddə Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumu pislənilir, girovların azad edilməsi və beynəlxalq humanitar qanunlara riayət olunması çağırışı yer alır.

Sənəd, atəşkəsə çağırmır, lakin ölkələrin özünümüdafiə hüququnu tanıyır.

Son xəbərlər

Orphus sistemi