Yuxarı

​Rusiya və ABŞ Suriyada terrorçuların siyahısı üzrə mübadilə aparıb

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib

Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiya və ABŞ Suriyada fəaliyyət göstərən terror qruplaşmalarının ilkin siyahıları üzrə mübadilə aparıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinin Suriyada səylərin əlaqələndirilməsinə dair təklifə reaksiyasının təmkinli olduğunu bəyan etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi