​Rusiya Ukraynaya qaz nəqlini dayandırdı

​Rusiya Ukraynaya qaz nəqlini dayandırdı "Qazprom" rəhbəri bildirib ki, əvvəlcədən ödəniş edilməzsə, "Qazprom" Ukraynaya heç bir qiymətə qaz nəql etməyəcək
Digər ölkələr
1 İyul , 2015 14:30
​Rusiya Ukraynaya qaz nəqlini dayandırdı

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiya saat 10:00-dan etibarən (Bakı vaxtı ilə 12:00) Ukraynaya qaz nəqlini dayandırıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib.

"Əvvəlcədən ödəniş edilməzsə, "Qazprom" Ukraynaya heç bir qiymətə qaz nəql etməyəcək. Ukrayna isə heç bir məbləğ ödəməyib", - Miller bildirib.

İyunun 29-da Baş nazir Dmitri Medvedev bildirib ki, Rusiya Ukraynaya nəql edilən qazın qiymətindəki endirimi əvvəlki həcmdə saxlaya bilməyəcək. Həmin gün Baş nazir Ukraynaya verilən qaz qiymətlərinin endirimi ilə bağlı yeni sərəncam imzalayıb. Rusiya tərəfinin təklif etdiyi qiymət 1 min kub m. qaz üçün 247,18 ABŞ dolları təşkil edir.

Eyni zamanda, Baş nazir Ukraynaya verilən qazın qiyməti ilə bağlı Ukrayna və Aİ ilə dialoqu davam etdirməyi tapşırılıb. O qeyd edib ki, gələcəkdə Ukraynaya satılan qazın qiyməti ilə bağlı qərar dünya bazarındakı qiymətlər və iqtisadiyyatdakı vəziyyətdən asılı olacaq. 

Son xəbərlər

Orphus sistemi