Yuxarı
    Bağlamaq

    ​Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb

    Artıq Ukraynadan heç bir daşınma həyata keçirilmir

    Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb və artıq heç bir daşınma həyata keçirilmir.

    "Report" xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin saytında məlumat yerləşdirilib.

    "Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi xəbər verir ki, 4 yanvar 2016-ci il tarixinə olan vəziyyətə görə, Rusiya Federasiyası öz ərazisindən Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. Rusiya tərəfi bununla da öz öhdəliklərini, xüsusilə də, Ümumdünya Ticarət Təşkilatı və 18.10.2011-ci il tarixli azad ticarət zonası haqqında müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmuş olub", — deyə məlumatda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi