Rusiya Türkiyəyə qarşı sanksiyalar planlaşdırır

Rusiya Türkiyəyə qarşı sanksiyalar planlaşdırır Dmitri Medvedev sanksiyalarla bağlı təkliflərin hazırlanmasına iki gün vaxt ayırdığını deyib
Digər ölkələr
26 Noyabr , 2015 21:00
Rusiya Türkiyəyə qarşı sanksiyalar planlaşdırır

Bakı. 26 noyabr. REPORT.AZ/ Rəsmi Moskva Türkiyə-Suriya sərhədində Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyəyə qarşı geniş sanksiyaların hazırlandığını bildirib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın Baş naziri deyib ki, addımlar müştərək layihələrin dayandırılmasını da əhatə edə bilər.

Dmitri Medvedev sanksiyalarla bağlı təkliflərin hazırlanmasına iki gün vaxt ayırdığını deyib.

"Bu sözsüz ki, dövlətimizə qarşı bizim qonşu və üstəlik də Şimali Alyans üzvü olan Türkiyə tərəfindən təcavüzkarlıq aktıdır", - Dmitri Medvedev hökumət iclasını açarkən deyib.

Xatırladaq ki, Türkiyə tərəfi Rusiya təyyarəsinin vurulmasından əvvəl rusiyalı pilota verilən "xəbərdarlığın audioyazısı"nı yayıb.

Son xəbərlər

Orphus sistemi