Rusiya, Türkiyə və İran nümayəndələri Astanada Suriya danışıqlarında iştiraklarını təsdiqləyiblər

Rusiya, Türkiyə və İran nümayəndələri Astanada Suriya danışıqlarında iştiraklarını təsdiqləyiblər Kayrat Abdraxmanov: "Bu gün Astana prosesinin növbəti mərhələsində iştirak etmək məqsədilə nümayəndə heyətləri gəlməyə başlayacaq"
Digər ölkələr
13 Mart , 2017 11:31
Rusiya, Türkiyə və İran nümayəndələri Astanada Suriya danışıqlarında iştiraklarını təsdiqləyiblər

Bakı. 13 mart. REPORT.AZ/ Qazaxıstan Xarici İşlər Nazirliyi Astanada Suriyadakı vəziyyətin nizamlanması üzrə beynəlxalq görüşdə iştirakla bağlı Rusiya, Türkiyə və İrandan təsdiq cavabı alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bidirib.

Nazir Astana prosesinin növbəti mərhələsində iştirak etmək məqsədilə nümayəndə heyətlərinin bu gün gəlməyə başlayacağını vurğulayıb.

Qeyd edək ki, Suriyadakı vəziyyətin nizamlanması üzrə növbəti beynəlxalq görüş Astanada martın 14-15-də keçiriləcək. İştirakını təsdiqləyən ölkələrdən savayı, BMT, ABŞ və İordaniyaya da dəvət göndərilib. Mart 14-də ilkin məsləhətləşmələrin, martın 15-də isə görüş iştirakçılarının plenar iclaslarının olacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi