Yuxarı

Rusiya növbəti dəfə İrandan İŞİD-in Suriyadakı mövqelərini bombalayıb - VİDEO

Döyüş tapşırığının uğurla icrasından sonra Rusiya təyyarələrinin hamısı bazaya geri dönüb

Bakı. 17 avqust. REPORT.AZ/ Rusiya "Su-34" bombardmançı təyyarələri növbəti dəfə İranın Həmədandakı hərbi hava bazasından havaya qalxaraq İŞİD terror qruplaşmasının Suriyanın Deyr əz-Zor vilayətindəki mövqelərinə hava zərbələri endiriblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

"Döyüş tapşırığının uğurla icrasından sonra Rusiya təyyarələrinin hamısı bazaya geri dönüb", - deyə nazirliyin məlumatında qeyd olunub.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi