Yuxarı

​Rusiya təyyarələri İŞİD-in Suriyadakı mövqelərini bombardıman edib

Terrorçuların iki idarəetmə məntəqəsi, canlı qüvvə və texnikası yox edilib

Bakı. 21 iyul. REPORT.AZ/ Rusiyanın "Tu-22M3" tipli altı bombardımançı təyyarəsi Suriyada İŞİD-in kəşfiyyat nəticəsində aşkar edilən Palmiranın şərqindəki və Homs əyalətinin Əs-Suhnə, Arak və Ət-Tayyibə şəhərlərindəki obyektlərinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, uzaqməsafəli bombardımançılar Bakı vaxtı ilə səhər saat 6 radələrində uçuş ediblər. Hədəf terrorçuların komanda məntəqələri, canlı qüvvəsi və texnikası olub. Yeni hədəflərin aşkar edilməsinə bu regionda, eləcə də, kosmosdan aparılan gücləndirilmiş kəşfiyyat işləri imkan verib.

Qeyd olunur ki, nəticədə İŞİD-in gizlində olan iki idarəetmə mərkəzi, canlı qüvvə və texnikası məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi