Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası yerləşdirib

Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası yerləşdirib Məqsəd hərbi-dəniz bazası və gəmilərin hava hücumundan qorunmasıdır
Digər ölkələr
4 Oktyabr , 2016 21:52
Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası yerləşdirib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası tədarük edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, kompleksin vəzifəsi Suriyanın liman şəhəri Tartusda olan hərbi-dəniz bazası və Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil zonasında yerləşən operativ birləşmələrinə məxsus gəmilərin hava hücumundan qorumaqdır.

Konaşenkov Suriyada S-300 kompleksinin yerləşdirilməsinin nə üçün Qərbdə çaxnaşma yaratdığının anlaşılmaz olduğunu əlavə edib.

Son xəbərlər

Orphus sistemi