Yuxarı
    Bağlamaq

    ​Rusiya Suriyaya 17 aviazərbə endirib, 150-dən çox silahlı məhv edilib

    Aviasiya, həmçinin 11 texnikanı zərərsizləşdirib

    Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya aviasiyası son sutka ərzində müxalifətə dəstək olaraq Rəkkənin şimalında yaraqlıların 17 mövqeyinə zərbə endirib, 150-dən çox terrorçu məhv edilib.

    "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib.

    O bildirib ki, zərbələr, "Azad Suriya ordusu" qruplaşmasına daxil olan "Qənim" və "Demokratik qüvvələr" dəstələrinə dəstək olaraq endirilib.

    "Rusiya aviasiyası obyektiv nəzarət məlumatlarına görə, 150-dən çox silahlı və 11 ədəd texnika məhv edib", - deyə Rudskoy qeyd edib.

    Onun sözlərinə görə, 18 zərbə də, "Səhra şirləri" və "Qələmun" dəstələrinin maraqlarına dəstək olaraq Əl-Karatyen və Palmir ərazilərinə endirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi