​Rusiya Suriyada daha bir hərbçisini itirib

​Rusiya Suriyada daha bir hərbçisini itirib Anton Yerıqin Homsun atəşə tutulması nəticəsində ölüb
Digər ölkələr
11 May , 2016 21:50
​Rusiya Suriyada daha bir hərbçisini itirib

Bakı. 11 may. REPORT.AZ/ Suriyanın Homs əyalətinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində Rusiya hərbçisi ağır yaralanaraq həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Rusiyanın "Xmeymim" hərbi bazasında olan nümayəndəsi məlumat verib.

"Homs əyalətində Rusiyanın Düşmən Tərəflərin Barışıq Mərkəzinin avtomobillərini müşayiət edən zaman terrorçuların açdığı atəş nəticəsində hərbçi Anton Yerıqin ağır yaralanıb", — deyə o bildirib.

Hərbçi dərhal hospitala çatdırılıb. Həkimlər iki gün onun həyatını xilas etmək uğrunda mübarizə aparsalar da, bu, mümkün olmayıb. Hərbçi komandanlıq tərəfindən ölümündən sonra dövlət mükafatına təqdim olunub.

Son xəbərlər

Orphus sistemi