Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv edib

Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv edib Hədəf İdlib vilayətində "Cəbhət-ən-Nüsrə" yaraqlılarının obyektləri olub
Digər ölkələr
22 Sentyabr , 2017 15:57
Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv edib
Министерство обороны РФ

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Qara dəniz donanmasına məxsus "Velikiy Novqorod" sualtı gəmisi "Kalibr" qanadlı raketlərlə terrorçuların Suriyada yerləşən obyektlərini atəşə tutub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Atəş saat 10:11-də Aralıq dənizi akvatoriyasından açılıb. Hədəf sualtı gəmidən, təxminən, 300 kilometrədək aralıda yerləşən İdlib vilayətində "Cəbhət-ən-Nüsrə" yaraqlılarının obyektləri olub.

Məlumata görə, bütün hədəflər vurulub. 

Son xəbərlər

Orphus sistemi