Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın 12 regionunda strateji raket qüvvələrinin iri miqyaslı hərbi təlimləri keçirilir.
"Report" RİA Novosti agentliyinə istinadla verdiyi xəbərə görə, Rusiya müdafiə nazirliyinin polkovniki İgor Yegorov bildirib ki, təlimlərə səyyar və şaxtalarda yerləşdirilən raket kompleksləri cəlb olunub.
Onun sözlərinə görə, manevrlərdə qərbi Tver vilayətindən Sibirin İrkutsk vilayətinədək 30-dan çox raket polku iştirak edir.
Təlimlərdə hərbi hazırlıq, hücum və döyüş əməliyyatlarında manevrlər də daxil olmaqla bir neçə missiya yerinə yetirilir.