Yuxarı

Rusiya sərhədçiləri ilə KXDR gəmisi arasında silahlı insident baş verib, 1 ölü, 8 yaralı

Rusiya sərhədçilərindən biri başından yaralanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiya sərhədçiləri Yapon dənizində, Rusiya Federasiyasının xüsusi iqtisadi zonasında silah tətbiq etməklə Şimali Koreya Xalq Demokratik Respublikasının balıqçı gəmisini saxlayıblar.

"Report"un məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytındakı xəbərdə bildirilib. "Dae Yanq 10" gəmisinin komandası nəzarət qrupunun üzvlərinə qarşı aqressiv davranıb" – deyə xəbərdə bildirilir.

Saxlanılmış gəmi Rusiya Federasiyasının iqtisadi zonasından çıxaraq hərəkətə başlayıb. Koreya Xalq Demokratik Respublikasının gəmisinin komanda üzvləri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına hücum etməyə çalışıblar. Bu zaman sərhədçilərdən biri başından yaralanıb. 

Rusiya sərhədçilərinə hücum cəhdi zamanı Şimali Koreyanın balıqçı gəmisinin də doqquz üzvü xəsarət alıb.

"Onlardan biri daha sonra ölüb" – deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirir.

 KXDR gəmisinin ekipaj üzvləri 48 nəfərdən ibarət olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi