Rusiya səfirliyi seçkilərə müdaxilə etməməklə bağlı ABŞ-a xəbərdarlıq edib

Rusiya səfirliyi seçkilərə müdaxilə etməməklə bağlı ABŞ-a xəbərdarlıq edib "Rusiyada kiminsə seçkilərə buraxılmasını tələb etmək qəbulolunmazdır"
Digər ölkələr
10 Yanvar , 2018 11:09
Rusiya səfirliyi seçkilərə müdaxilə etməməklə bağlı ABŞ-a xəbərdarlıq edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonun Rusiyada keçiriləcək prezident seçkilərinə təsir göstərməyə çalışmasını qəbuledilməz adlandırıb.

"Report" xəbər verir ki, müvafiq bəyanat diplomatik missiyanın sosial şəbəkələrdəki səhifəsində dərc olunub.

"Rusiyada kiminsə seçkilərə buraxılmasını tələb etmək və bü cür digər yalançı cəhdlərlə Rusiya hökumətinə təzyiq göstərməyə çalışmaq qəbuledilməzdir. Bunu dövlətimizin daxili işlərinə birbaşa müdaxilə kimi qəbul edirik", - səfirlikdən bildirilib.

Diplomatlar həmçinin ABŞ hökumətinin Birləşmiş Ştatlarda yaşayan Rusiya vətəndaşlarının səs vermək hüquqlarının həyata keçirilməsində maneə törətməyəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti Aleksey Navalnının 2018-ci ildə keçiriləcək prezident seçkiləri üçün qeydiyyatdan keçirilməsinə imtinadan narahatlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi