Yuxarı
    Bağlamaq

    ​Rusiya səfiri Norveç XİN-inə çağırılacaq

    XİN: Biz Rusiya səfirindən Roqozinin Şpitsbergenə getməsi ilə əlaqədar izahat verməsini xahiş edəcəyik

    Bakı. 20 aprel. REPORT.AZ/ Norveç Xarici İşlər Nazirliyi RF baş nazirin müavini Dmitri Roqozinin Şpitsbergen arxipelaqına getməsi ilə əlaqədar Rusiyanın bu ölkədəki səfirini izahat vermək üçün nazirliyə dəvət edəcək.      

    "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Norveçin TV2 telekanalının efirində ölkənin xarici işlər naziri Byorqe Brende bildirib. 

    "Aprelin 20-də biz RF səfirini bu səfərlə bağlı izahat verməyi xahiş edəcəyik", - nazir qeyd edib. 

    Rusiya baş nazirin müavini Dmitri Roqozin aprelin 18-də Norveçin Şpitsbergen arxipelaqına gedib, oradan da Şimal qütbünə ekspedisiyaya yollanıb.

    "Biz həmin şəxsin Savlbarda (Şpitsbergenə) getməsinə təəssüf edirik", - Brende qeyd edib. O vurğulayıb ki, RF səfirliyi rəsmi Oslonun sanksiya siyahısında adı keçən insanların arxipelaqda görmək istəmədiyi haqda məlumatlandırılıb. 

    2014-cü ilin mart ayından Roqozinin adı Aİ-yə girişi qadağa olunan rus siyasətçiləri və iş adamlarının qara siyahısındadır. Norveçin Avropa İttifaqının üzvü olmamasına baxmayaraq, o, Avropanın Rusiyaya qarşı bütün sanksiyalarına qoşulub və giriş məhdudiyyətləri krallığın ərazisinə də şamil olunub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi