Yuxarı
    Bağlamaq

    Rusiya səfiri İsveç XİN-ə çağırılıb

    Buna səbəb Rusiyanın Su-27 qırıcısının İsveçin hərbi təyyarəsini müşayiət etməsidir

    Bakı. 21 iyun. REPORT.AZ/ Rusiyanın İsveçdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın "Su-27" qırıcısının İsveçin hərbi təyyarəsini müşayiət etməsidir. 

    İsveç Silahlı Qüvvələri "Su-27" qırıcı təyyarəsinin iyunun 20-də Baltik dənizi üzərində beynəlxalq hava məkanında çox yaxın məsafədə İsveç hərbi təyyarəsini müşayiət etdiyini açıqlayıb. 

    Eyni zamanda, isveçlilərin uçuşlarının Rusiya təyyarələri tərəfindən identifikasiyasının adi hal aldığı qeyd olunub. İnsident barədə ölkə rəhbərliyinə məlumat verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi