​Rüsiya sabahdan Türkiyədən bibər və nar idxalını dayandıracaq

​Rüsiya sabahdan Türkiyədən bibər və nar idxalını dayandıracaq Buna səbəb kimi Türkiyədən Rusiyaya sistemli şəkildə təmiz məhsullar göndərməməsi göstərilib
Digər ölkələr
16 Mart , 2016 19:36
​Rüsiya sabahdan Türkiyədən bibər və nar idxalını dayandıracaq

Bakı. 16 mart. REPORT.AZ/ Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor“) Türkiyədən sabahdan etibarən bibər və nar idxalını dayandıracaqlarını açıqlayıb.

"Report"un "Sputnik" istinadən verdiyi xəbərə görə, buna səbəb kimi Türkiyədən Rusiyaya sistemli şəkildə təmiz məhsullar göndərməməsi olduğu, eyni zamanda Türkiyədən bibər və nar qəbulunun müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.

Qeyd edək ki, Kreml 2015-ci ilin noyabrında Türkiyənin Suriyada Rusiyaya məxsus döyüş təyyarəsini vurmasından sonra bu ölkədən bir sıra kənd təsərrüfatı məhsullarını almağı dayandırmışdı.

Son xəbərlər

Orphus sistemi