​Rusiya qoşunları sabahdan Suriyadan çıxmağa başlayacaq

​Rusiya qoşunları sabahdan Suriyadan çıxmağa başlayacaq Prezident Vladimir Putin bu barədə göstəriş verib
Digər ölkələr
14 Mart , 2016 22:05
​Rusiya qoşunları sabahdan Suriyadan çıxmağa başlayacaq

Bakı. 14 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin qarşıya qoyulan məqsədləri yerinə yetirdiyinə görə, müdafiə naziri Sergey Şoyquya martın 15-dən etibarən Rusiya hərbi birləşmələrinin Suriyadan çıxarılmasına başlanılması barədə göstəriş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vladimir Putin Rusiyanın müdafiə və xarici işlər nazirləri ilə görüşü zamanı bildirib.

"Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə bütünlüklə yerinə yetirilib. Ona görə müdafiə nazirinə sabahdan bizim hərbi birləşmələrimizin əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılmasına başlaması barədə göstəriş verirəm", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi