Rusiya qoşunlarını Suriyadan çıxarmağa başlayıb

Rusiya qoşunlarını Suriyadan çıxarmağa başlayıb Qoşunların tam çıxarılma vaxtı hələ müəyyən edilməyib
Digər ölkələr
12 Dekabr , 2017 00:21
Rusiya qoşunlarını Suriyadan çıxarmağa başlayıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiya hərbçiləri artıq Suriyadan evə qayıtmağa başlayıblar. Rusiya qoşunlarının ərəb ölkəsindən tam olaraq çıxarılacağı dəqiq vaxt vəziyyətə uyğun olaraq müəyyən ediləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"Onlar artıq qayıtmağa başlayıblar, vəziyyətə uyğun olaraq baxacağıq", - deyə nazir bu prosesin nə qədər vaxt aparacağına dair sualı cavablandırarkən bildirib.

Son xəbərlər

Orphus sistemi