Yuxarı

​Rusiya qırıcılarının bombardmanı nəticəsində 47 nəfər ölüb, 100 sakin yaralanıb

Bombalanan Maaret ən-Numan rayonu Suriyadakı Bəşşar Əsəd rejiminə müxalifətin nəzarəti altındadır

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyaya aid döyüş təyyarələrinin Suriyanın İdlib şəhərinin Maaret ən-Numan rayonunu bombalaması nəticəsində çoxu dinc sakin olmaqla 47 nəfər həyatını itirib, yüz nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya təyyarələrinin bombaladığı Maaret ən-Numan rayonu Suriyadakı Bəşşar Əsəd rejiminə müxalifətin nəzarəti altındadır.

İnformasiyaya əsasən, qırıcılar rayondakı bazar yerini, mülki sakinlərin yaşayış yerlərini bombalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi