Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiyanın qırıcı təyyarəsi "Su-33" Aralıq dənizində "Admiral Kuznetsov" təyyarə daşıyan gəmiyə eniş zamanı qəzaya uğrayıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Suriya səmasında döyüş tapşırığını yerinə yetirdikdən sonra "Admiral Kuznetsov" təyyarə daşıyan gəmiyə qayıdan "Su-33" qırıcısı eniş zamanı aerofinişerin burazının qırılması səbəbindən göyərtədən kənara düşüb.