Rusiya Qazaxıstanın adından ABŞ-ı Astanada Suriya üzrə keçiriləcək görüşə dəvət edib

Rusiya Qazaxıstanın adından ABŞ-ı Astanada Suriya üzrə keçiriləcək görüşə dəvət edib Astanada Suriya üzrə görüş yanvarın 23-də keçiriləcək
Digər ölkələr
19 Yanvar , 2017 16:00
Rusiya Qazaxıstanın adından ABŞ-ı Astanada Suriya üzrə keçiriləcək görüşə dəvət edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ABŞ səfiri Con Tefft ilə görüşdə qarşı tərəfi Qazaxıstanın adından Astanada keçiriləcək Suriya üzrə görüşə dəvət edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə açıqlamasında M.Boqdanov məlumat verib.

"Bəli, biz onları dəvət etdik. Qazaxıstanlı dostlarımız tərəfindən imzalanmış dəvəti onlara verdik", - M.Boqdanov bildirib.

Qeyd edək ki, Astanada Suriya üzrə görüş yanvarın 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi