Rusiya prezidenti: "İnkişafın yeni mərhələsinə qədəm qoymaq üçün sanksiyalardan istifadə etmək lazımdır"

Rusiya prezidenti: "İnkişafın yeni mərhələsinə qədəm qoymaq üçün sanksiyalardan istifadə etmək lazımdır" "Rusiya iqtisadiyyatı 2 il ərzində və ya daha qısa vaxtda bərpa oluna bilər"
Digər ölkələr
16 Aprel , 2015 15:02
Rusiya prezidenti: İnkişafın yeni mərhələsinə qədəm qoymaq üçün sanksiyalardan istifadə etmək lazımdır

Bakı. 16 aprel. REPORT.AZ/ Yeni inkişaf mərhələsinə qədəm qoya bilmək üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan istifadə etmək lazımdır. "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı Qərbin bu dövlətə qarşı tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına təsirini şərh edərkən bildirib.

"Sanksiyaların nə qədər davam edəcəyinə gəldikdə isə onu deyərdim ki, yeni inkişaf mərhələsinə qədəm qoymaq üçün sanksiyaların tətbiqi nəticəsində yaranan vəziyyətdən istifadə etməliyik", - Rusiyanın dövlət başçısı vurğulayıb. 

Onun sözlərinə görə, dövlət idxalın əvəz olunması siyasətinə əl atmağa məcburdur və bu siyasət davam etdiriləcək. "Ümid edirəm ki, bu, iqtisadiyyatın yüksək texnologiya sahələrinin əvvəlkindən daha böyük templə inkişafına gətirib çıxaracaq, - prezident bildirib. 

V.Putin qeyd edib ki, hökumətin verdiyi proqnozlara əsasən, ölkə iqtisadiyyatının bərpa olunması üçün 2 il və ya daha az müddət tələb oluna bilər. 

Son xəbərlər

Orphus sistemi