Rusiya Prezidenti Fransa lideri və Almaniya kansleri ilə danışıqlar aparıb

Rusiya Prezidenti Fransa lideri və Almaniya kansleri ilə danışıqlar aparıb Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Digər ölkələr
21 fevral 2022 18:03
Rusiya Prezidenti Fransa lideri və Almaniya kansleri ilə danışıqlar aparıb

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

“Report” xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Vladimir Putin fransalı həmkarı və Almaniya kansleri ilə telefon danışığında bildirib ki, o, yaxın vaxtlarda tanınmamış Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması haqqında fərmanı imzalamaq niyyətindədir.

“Bütün bunları nəzərə alaraq, Rusiya Prezidenti yaxın vaxtlarda müvafiq sərəncam imzalamaq niyyətində olduğunu bildirib”, - Kremlin məlumatında deyilir.

Qeyd edilir ki, Fransa Prezidenti və Almaniya kansleri hadisələrin bu inkişafından məyus olduqlarını bildiriblər. Eyni zamanda Kreml əlavə edib ki, Makron və Şolts təmasları davam etdirməyə hazır olduqlarını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi