Rusiya Polşanın 3 diplomatını “persona non-qrata” elan edəcək

Rusiya Polşanın 3 diplomatını “persona non-qrata” elan edəcək Rusiya rəsmi Varşavanın analoji hərəkətlərinə cavab olaraq Polşanın ərazisindəki 3 diplomatını “persona non-qrata” elan edəcək
Digər ölkələr
16 Aprel , 2021 01:06
Rusiya Polşanın 3 diplomatını “persona non-qrata” elan edəcək

Rusiya rəsmi Varşavanın analoji hərəkətlərinə cavab olaraq Polşanın 3 diplomatını “persona non-qrata” elan edəcək.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa bildirib.

"(Polşaya cavab olaraq bu ölkənin üç diplomatını) Göndərəcəyik ", - parlamentin üzvü deyib.

Qeyd edək ki, daha əvvəl Polşanın Rusiya Federasiyasının üç diplomatını “persona non-qrata” elan etdiyi məlum olub. Həmçinin Rusiya Federasiyasının səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiyanın bu ölkədəki səfirinə Varşavadakı səfirliyin üç əməkdaşının “persona non-qrata” elan olunması barədə nota verilib. Rəsmi Varşava bunu onların diplomatik statusu pozması, eləcə də Polşa Respublikasına zərərli hərəkətləri ilə əsaslandırıb.

Son xəbərlər

Orphus sistemi