Rusiya XİN sözçüsü: “ABŞ hərbçilərinin çıxdığı əraziyə Suriya nəzarət etməlidir”

Rusiya XİN sözçüsü: “ABŞ hərbçilərinin çıxdığı əraziyə Suriya nəzarət etməlidir” Bakı. 26 dekabr. REPORT.AZ/ “ABŞ hərbçilərinin çıxdıqları ərazilərə Suriya hökuməti (Bəşşar Əsəd rejimini nəzərdə tutur - red.) nəzarət etməlidir”.
Digər ölkələr
26 Dekabr , 2018 17:27
Rusiya XİN sözçüsü: “ABŞ hərbçilərinin çıxdığı əraziyə Suriya nəzarət etməlidir”

Bakı. 26 dekabr. REPORT.AZ/ “ABŞ hərbçilərinin çıxdıqları ərazilərə Suriya hökuməti (Bəşşar Əsəd rejimini nəzərdə tutur - red.) nəzarət etməlidir”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 26-da keçirdiyi brifinqdə bildirib.

“Beynəlxalq hüquqa, Suriyanın və suriyalıların keçdiyi prosesə əsasən, ABŞ-ın çıxdığı yerlər Suriya hökumətinin nəzarətinə verilməlidir”, - deyə M.Zaxarova vurğulayıb.

O, Rusiyanın ABŞ-ın bölgədən çıxmasını izlədiyini söyləyib: “ABŞ-ın Suriyadan yaxın zamanda çıxacağını gözləmirik”.

Qeyd edək ki, Türkiyə ABŞ-ın himayə etdiyi terrorçu PKK/YPG-PYD qruplaşmasının Fərat çayının şərqindən çıxmasını istəyir. Həmin ərazidə terrorçularla yanaşı, ABŞ hərbçiləri də var.

Xatırladaq ki, Donald Tramp dekabrın 19-da ABŞ hərbçiləri və hərbi texnikasının Suriyadan çıxmasına dair sənəd imzalayıb. Sənəd imzalandığı gündən ABŞ hərbi texnikasını TIR-larla İraq ərazisinə daşıyıb

Son xəbərlər

Orphus sistemi