Kiyevə raket hücumları: Yaralıların sayı artır, onlardan biri Rusiya vətəndaşıdır

Kiyevə raket hücumları: Yaralıların sayı artır, onlardan biri Rusiya vətəndaşıdır Ukraynanın paytaxtı Kiyev şəhərinin Şevçenko rayonu Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.
Digər ölkələr
26 İyun , 2022 11:53
Kiyevə raket hücumları: Yaralıların sayı artır, onlardan biri Rusiya vətəndaşıdır

Rusiya ordusunun Ukraynanın Kiyev şəhərinə endirdiyi raket zərbələri nəticəsində yaralananların sayı artıb.

"Report"un Şərqi Avropa bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xəsarət alanların sayı 5 nəfərə çatıb.

Onlardan biri Rusiya vətəndaşıdır.

10:29

Bu gün Ukraynanın Kiyev şəhəri növbəti dəfə raket atəşinə məruz qalıb. Şəhəriin Şevçenkovskiy rayonu ərazisinə səhər saatlarında raket zərbələri endirilib.

"Report"un Şərqi Avropa bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə gələn Kiyev şəhər meri Vitaliy Kliçko jurnalistlərə bildirib ki, ilkin məlumata görə 2 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

"Dağıntılar altında qalanlar var. Xilasetmə işləri davam edir. Ümid edirik ki, onlar sağdır. Raket zərbələridir. Amma neçə raket düşməsi barədə hələ dəqiqləşdirmələr davam edir", - mer deyib. 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri aprelin əvvəlində Kiyev ətrafından çıxarıldıqdan sonra şəhərdə nisbi sakitlik olub. 

Son xəbərlər

Orphus sistemi