Rusiya ordusunun Ukraynada məktəbə endirdiyi zərbə nəticəsində 60 nəfər həlak olub

Rusiya ordusunun Ukraynada məktəbə endirdiyi zərbə nəticəsində 60 nəfər həlak olub Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atıb.
Digər ölkələr
8 May , 2022 09:45
Rusiya ordusunun Ukraynada məktəbə endirdiyi zərbə nəticəsində 60 nəfər həlak olub

Rusiya ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakinin olduğu məktəbə bomba atması nəticəsində 60 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday teleqramdakı hesabında məlumat verib.

"Beloqorovkada məktəbə endirilən hava zərbəsi nəticəsində 60 nəfər həlak olub. Mayın 7-də saat 16:37-də Beloqorovkada Rusiya aviasiyasının zərbəsi nəticəsində 300-ə yaxın kvadratmetr ərazidə məktəb binasında yanğınlar baş verib və mədəniyyət evində yanğın dörd saat sonra söndürülüb, sonra dağıntıların analizi aparılıb və təəssüf ki, iki nəfərin meyiti tapılıb. Dağıntılar altından 30 nəfər təxliyə edilib, onlardan 7-si yaralanıb”, - Qayday bildirib.

00:10

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atıb.

“Report”un məlumatına görə, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Serqey Qayday teleqramda məlumat verib.

Onun sözlərinə görə, yerli sakinlər əvvəl Mədəniyyət evində gizlənirdilər:

“Lakin ev də dağıldıqdan sonra insanlar məktəbin binasında gizlənirdilər. Faciə baş verən zaman məktəbdə təxminən 90 nəfər olub. Artıq 30-a yaxın insan dağıntılar altından çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir”.

Son xəbərlər

Orphus sistemi