Rusiya nümayəndə heyəti AŞPA-nın Büro iclasında iştirak etmir

Rusiya nümayəndə heyəti AŞPA-nın Büro iclasında iştirak etmir Slutski: "Biz rəhbər orqanların işində iştirakdan məhrum olunmuşuq, ona görə də Büro iclasında bizim nümayəndələrimiz iştirak etmir"
Digər ölkələr
26 Yanvar , 2015 14:57
Rusiya nümayəndə heyəti AŞPA-nın Büro iclasında iştirak etmir

Bakı. 26 yanvar. REPORT.AZ/ Apreldə qəbul olunmuş sanksiyalara görə, Rusiya nümayəndə heyəti AŞPA-nın Büro iclasında iştirak etmir. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya nümayəndə heyətinin tərkibində gəlmiş Dövlət Dumasının MDB ölkələri üzrə komitəsinin sədri Leonid Slutski deyib. 

"Biz rəhbər orqanların işində iştirakdan məhrum olunmuşuq, ona görə də Büro iclasında bizim nümayəndələrimiz iştirak etmir" - L.Slutski deyib.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, aprel ayında Rusiya Federasiyasının nümayəndə heyəti AŞPA-da səsvermə hüququndan məhrum edilib, nizamnamə orqanlarında keçirilən iclaslardan və assambleyanın monitorinq fəaliyyətindən kənarlaşdırılıb. Nümayəndə heyəti səlahiyyətlərinin bərpasına qədər iclas zalını tərk edib.

AŞPA-nın növbəti iclası bu gün Strasburqda öz işinə başlayıb. 

Son xəbərlər

Orphus sistemi