Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna ilə danışıqlar aparmağa hazırdır

Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna ilə danışıqlar aparmağa hazırdır Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır.
Digər ölkələr
29 Fevral , 2024 13:27
Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna ilə danışıqlar aparmağa hazırdır

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır.

“Report” Rusiya KİV-lərə istinadən xəbər verir ki, bunu 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

“Əgər bu istiqamətdə tapşırıq verilərsə, Türkiyəyə gedərik”, - o vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Moskva və Kiyevə danışıqlar platforması təklif etdiyini xatırladıb. O qeyd edib ki, hər iki tərəfin danışıqlarda iştirakı Ukraynada sülh təşəbbüslərinin uğurlu olması üçün zəruri şərtdir.

Son xəbərlər

Orphus sistemi