Rusiya Müdafiə Nazirliyi aviazərbələr nəticəsində İŞİD liderinin ölməsi ilə bağlı məlumatı yoxlayır

Rusiya Müdafiə Nazirliyi aviazərbələr nəticəsində İŞİD liderinin ölməsi ilə bağlı məlumatı yoxlayır Əbu Bəkr əl-Bağdadinin mayın 28-də Rakka ətrafında baş tutan görüşdə məhv edilməsi mümkündür
Digər ölkələr
16 İyun , 2017 12:22
Rusiya Müdafiə Nazirliyi aviazərbələr nəticəsində İŞİD liderinin ölməsi ilə bağlı məlumatı yoxlayır

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi müxtəlif kanallarla Rusiya aviasiyasının zərbələri nəticəsində İŞİD lideri İbrahim Əbu Bəkr əl-Bağdadinin ölməsi ilə bağlı məlumatı yoxlayır. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, terror qruplaşmasının rəhbərinin mayın 28-də Rakka ətrafında baş tutan görüşdə məhv edildiyi mümkündür.

Rusiya aviasiyasının zərbələri nəticəsində İŞİD-in "hərbi şura"sına daxil olan yüksək rütbəli yaraqlılar və təxminən 330 terrorçu öldürülüb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, məhv edilən terrorçular arasında Rakkanın "əmiri" Əbu əl-Hacı əl-Mısri, Rakkadan Əs-Suxneyə qədər olan əraziyə nəzarət edən İbrahim An-Nayef əl-Hac və İŞİD-in "təhlükəsizlik xidmətinin rəhbəri" Süleyman əl-Şauah olub.

Son xəbərlər

Orphus sistemi