Rusiya Müdafiə Nazirliyi: ABŞ-ın buraxdığı 59 raketdən yalnız 23-ü Suriyadakı aviabazaya düşüb - VİDEO

Rusiya Müdafiə Nazirliyi: ABŞ-ın buraxdığı 59 raketdən yalnız 23-ü Suriyadakı aviabazaya düşüb - VİDEO ABŞ-ın raket zərbələrinə məruz qalan bazadan videogörüntülər yayılıb
Digər ölkələr
7 Aprel , 2017 14:29
Rusiya Müdafiə Nazirliyi: ABŞ-ın buraxdığı 59 raketdən yalnız 23-ü Suriyadakı aviabazaya düşüb - VİDEO

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiyanın nəzarət qurğusu ABŞ Hərbi Qüvvələrinin Surayadakı hərbi baza istiqamətində buraxdığı "Tomahawk" tipli 59 qanadlı raketdən yalnız 23-nün bazaya tuş gəldiyini qeydə alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvada keçirilən birfinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Digər 36 qanadlı raketin hara düşdüyü məlum deyil", - İ.Konaşenkov deyib.

Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı aviabazaya kütləvi raket hücumunun döyüş effektivliyi son dərəcə aşağıdır.

İ.Konaşenkov Homs əyalətindəki aviabazaya hücumdan sonra Suriyanın Hava Hücumundan Müdafiə sisteminin gücləndiriləcəyini bildirib. O vurğulayıb ki, aviazərbələr nəticəsində Suriya Hərbi Hava Qüvvələri 6 ədəd "MiQ-23" təyyarəsini itirib, radiolokasiya stansiyası və digər əmlaklar dağıdılıb.

VQTRK telekanalı ABŞ-ın raket zərbələrinə məruz qalan bazadan videogörüntülər yayıb.

Son xəbərlər

Orphus sistemi