Yuxarı

Rusiya-Latviya sərhədinin üçdə biri hasarlanacaq

2015-ci ildə sərhədin qanunsuz keçilməsi cəhdləri xeyli artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Latviya və Rusiya arasındakı sərhəd xəttinin üçdə biri hasarlanacaq.

Latviya sərhəd xidmətinin nümayəndəsi Yevgeniya Poznyak BBC Rus xidmətinə deyib ki, səddin qurulması layihəsinə 2015-ci ildə başlanıb, bu bazar ertəsindən etibarən isə bilavasitə hasarın inşası həyata keçirilir.

"Hasar yalnız müəyyən yerlərdə lazımdır və o, 270 kilometrlik sərhədin 90 kilometrində qurulacaq. Sərhədin hasarlanmış sektorlarının uzunluğu isə 2-5 kilometr olacaq. Bu sərhədin qanunsuz keçilməsinin önlənməsi və onun lazımı texniki qurğularla təchizatı üçün vacibdir", deyib Poznyak.

Onun sözlərinə görə, 2015-ci ildə sərhədin qanunsuz keçilməsi cəhdləri xeyli artıb.

“Keçən il biz 144 nəfəri saxlamışdıq, bu il isə onların sayı 500-ə yaxınlaşıb. Yəni söhbət üç dəfə artımdan gedir. Bunlar əsasən sərhədi qrup şəklində keçən vyetnamlılardır”, deyib xanım Poznyak.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi