Rusiya istehkamçıları Hələbdə 55 ev və 4 məscidi minadan təmizləyiblər

Rusiya istehkamçıları Hələbdə 55 ev və 4 məscidi minadan təmizləyiblər Ümumilikdə 72 hektar ərazi təmizlənib
Digər ölkələr
27 Yanvar , 2017 07:53
Rusiya istehkamçıları Hələbdə 55 ev və 4 məscidi minadan təmizləyiblər

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyanın Beynəlxalq Mina Əleyhinə Mərkəzinin mütəxəssisləri ötən gün ərzində Şərqi Hələbdə bir sıra obyektləri partlayış təhlükəli əşyalardan təmizləyiblər.

"Report" xəbər verir ki, bu barədə Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzi məlumat yayıb.

"Ötən sutka ərzində Rusiya istehkamçıları tərəfindən 55 yaşayış evi, 4 məscid və məktəb partlayış təhlükəli əşyalardan təmizlənib, 117 partlayış təhlükəli əşya, eləcə də 76 ədəd əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.

Ümumilikdə 72 hektar ərazi minadan təmizlənib. 15,5 km. uzunluğunda avtomobil yolu partlayış təhlükəli əşyalardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi