Yuxarı

Rusiya ilə Şimali Koreya arasında ticarət 1 milyard dollara çata bilər

Bunu Rusiyanın Uzaq Şərqin inkişafı üzrə Nazirliyinin rəhbəri Aleksandr Qaluşko bildirib

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında ticarət dövriyyəsinin həcmi 2020-ci ildə 1 milyard dollara çata bilər. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Uzaq Şərqin inkişafı üzrə Nazirliyinin rəhbəri Aleksandr Qaluşko bildirib.

Bundan öncə nazir bildirmişdi ki, kənd təsərrüfatında nəzarət funksiyasını həyata keçirən "Rosselxoznadzor" idarəsi Şimali Koreyadan olan bitki məhsullarına fitosanitar sertifikatın tanınmasına dair qərar qəbul edib.

Bu, Şimali Koreyadan tərəvəz məhsullarının Rusiya bazarına idxalına imkan verəcək.

Rusiya nümayəndə heyətinin üzvləri "İnterfaks" agentliyinə bildirib ki, Şimali Koreyada donuz fermasının yaradılması ideyası da nəzərdən keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi