Rusiya İŞİD-lə mübarizədə İraqı dəstəkləyəcək

Rusiya İŞİD-lə mübarizədə İraqı dəstəkləyəcək Bu barədə baş nazirin müavini İraq XİN rəhbəri İbrahim Cəfəri ilə görüş zamanı bildirib
Digər ölkələr
20 Mart , 2015 16:46
Rusiya İŞİD-lə mübarizədə İraqı dəstəkləyəcək

Bakı. 20 mart. REPORT.AZ/ Rusiya İŞİD-lə ("İslam Dövləti") mübarizədə İraqı dəstəkləyəcək. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin İranın xarici işlər naziri, hökumətlərarası komissiyanın İraq hissəsi üzrə həmsədri İbrahim Cəfəri ilə görüşdə bildirib. 

"Bu gün sizin ölkəniz öz müstəqilliyini, suverenliyini xarici təcavüzdən qoruyur, biz İŞİD-lə mübarizənizdə baş verənləri diqqətlə izləyirik. Sizi bu mübarizədə dəstəkləyəcəyik. Sizin xahişinizə operativ şəkildə cavab verir və bunu hər zaman edəcəyik", - D.Roqozin qeyd edib.

Son xəbərlər

Orphus sistemi