Yuxarı
    Bağlamaq

    Rusiya İrana S-300 təchizatını başa çatdırıb

    Bu barədə hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin məlumat verib

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Rusiya İrana S-300 zenit-raket sistemləri tədarükü üzrə müqavilə öhdəliklərinin icrasını tamamlayıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin Yerevanda keçirilən "ArmHiTec-2016" silah sərgisində məlumat verib.

    "Bütün divizionlar qarşı tərəfə çatdırılıb", - deyə o bildirib. Ancaq A.Fomin zenit-raket sistemlərinin sayı barədə məlumat verməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi