Rusiyaya aid qırıcılar Suriyanın İdlib bölgəsində toyuq fermasını bombalaması nəticəsində 16 mülki şəxs ölüb, 18 dinc sakin yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” Agentliyi yayıb.
Bildirilib ki, yerli dinc sakinlər fermaya sığınıbmış.
Qeyd edək ki, Rusiyaya aid qırıcı İdlibin Marretmısır rayonunda yerləşən toyuq fermasını bombalayıb.