Rusiya hərbi təyyarələri İŞİD mövqelərinə 158 zərbə endirib

Rusiya hərbi təyyarələri İŞİD mövqelərinə 158 zərbə endirib Rusiya Müdafiə nazirliyi aviazərbələr nəticəsində yüzdən çox terrorçunun öldürüldüyünü açıqlayıb
Digər ölkələr
26 Mart , 2016 20:31
Rusiya hərbi təyyarələri İŞİD mövqelərinə 158 zərbə endirib

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyaya məxsus hərbi təyyarələr Suriyanın Palmira şəhərində terrorçu İŞİD təşkilatının mövqelərinə gün ərzində 158 zərbə endirib.

"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə nazirliyi aviazərbələr nəticəsində yüzdən çox terrorçunun öldürüldüyünü, 3 artilleriya qurğusu və 4 tankın məhv edildiyini açıqlayıb.

Hazırda terrorçular Palmiranın şərq və qərb hissələrində Bəşər Əsəd qüvvələrinə müqavimət göstərir.

Son xəbərlər

Orphus sistemi