Rusiyalı hərbçi Ukraynanın şərqində əsir düşüb, daha biri öldürülüb

Rusiyalı hərbçi Ukraynanın şərqində əsir düşüb, daha biri öldürülüb Hadisə Luqansk vilayətinin Slavyanoserbski rayonunun Jelobok kəndi ərazisində qeydə alınıb
Digər ölkələr
28 İyun , 2017 00:54
Rusiyalı hərbçi Ukraynanın şərqində əsir düşüb, daha biri öldürülüb

Bakı. 28 iyun. REPORT.AZ/ Rusiyalı hərbçi Ukraynanın şərqində əsir düşüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi və Ukrayna 93-cü mexanikləşdirilmiş briqada komandanlığına istinadən BBC məlumat yayıb.

Ukrayna KİV-ləri Rusiyanın daha bir hərbçisinin ölüdüyünü yazıb.

Məlumata görə, 1995-ci il təvəllüdlü kəşfiyyatçı Viktor Aqeyev iyunun 24-də Luqansk vilayətinin Slavyanoserbski rayonunun Jelobok kəndi ərazisində 93-cü mexanikləşdirilmiş briqada və qondarma "Luqansk Xalq Respublikası" 2-ci ordu korpusunun 4-cü mexanikiləşdirilmiş briqadasının kəşfiyyat qrupu arasında baş verən toqquşma nəticəsində əsir düşüb.

Son xəbərlər

Orphus sistemi