​Rusiya hərbçiləri Krım tatarlarına aid telekanalın binasında axtarış aparıb

​Rusiya hərbçiləri Krım tatarlarına aid telekanalın binasında axtarış aparıb Jurnalist: "Texnikanı aparacaqları ilə hədələyərək hadisə yerində çəkiliş etməyə icazə vermirlər"
Digər ölkələr
26 Yanvar , 2015 17:44
​Rusiya hərbçiləri Krım tatarlarına aid telekanalın binasında axtarış aparıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Krımın mərkəzi şəhəri Simferopolda Krım tatarlarının "ATR" telekanalının binasında Rusiyanın İstintaq Komitəsi və Terrorçuluğa qarşı Mərkəzi tərəfindən axtarış aparılıb.

"Report" "Unian"a istinadən xəbər verir ki, bu haqda kanalın jurnalisti Şəvkət Nematullayev və birbaşa xəbər buraxılışının aparıcısı Liliya Bucurpova "facebook" səhifələrində yazıblar.

Jurnalistlərin məlumatına görə, telekanala bir "KamAZ" hərbçi, Rusiya Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin əməkdaşları gətirilib.

"İşimizi bir az əngəlləsələr də, yayım davam edir. Texnikanı aparacaqları ilə hədələyərək hadisə yerində çəkiliş etməyə icazə vermirlər", - L.Bucurova yazıb.

Jurnalistin yazdığına əsasən, onların məqsədi keçən il fevralın 26-27-də Krım parlamentinin binası qarşısında keçirilən mitinqin materiallarını ələ keçirməkdir.

Xatırladaq ki, fevralın 26-da Krım Muxtar Respublikası Ali Sovetinin binası qarşısında keçirilən mitinqdə on minə yaxın insan iştirak edib. L.Bucurova yazıb ki, həmin aksiyada mitinq iştirakçıları Ukraynanın ərazi bütövlüyünün pozulmasına etiraz edib.

Son xəbərlər

Orphus sistemi