Rusiya gəmiləri və sualtı qayığı Suriyada İŞİD-in mövqelərinə raket zərbələri endirib

Rusiya gəmiləri və sualtı qayığı Suriyada İŞİD-in mövqelərinə raket zərbələri endirib Raketlər Aralıq dənizinin Şərq akvatoriyasından buraxılıb
Digər ölkələr
23 İyun , 2017 10:23
Rusiya gəmiləri və sualtı qayığı Suriyada İŞİD-in mövqelərinə raket zərbələri endirib

Bakı. 23 iyun. REPORT.AZ/ Rusiya HDQ-nin gəmiləri Suriyada İŞİD obyektlərinə 6 “Kalibr” adlı qanadlı raket buraxıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Raketlər Aralıq dənizinin Şərq akvatoriyasından buraxılıb. "Krasnodar" sualtı qayığı raketi sualtı mövqedən buraxıb.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində Hama əyalətində idarəetmə məntəqələri, silah-sursat anbarları məhv edilib. Qalan terrorçular və obyektlər isə Hava-Kosmik Qüvvələrinin bombardmanı nəticəsində məhv edilib.

Türkiyə və İsrail Komandanlıqlarına qanadlı raketlərin buraxılışı barədə əvvəlcədən məlumat verilib.

Son xəbərlər

Orphus sistemi