Yuxarı

​Rusiya geni dəyişdirilmiş orqanizmlərə qadağa qoyur

Qanun bunun üçün 500 min rubladək cərimə nəzərdə tutur

Bakı. 4 fevral. REPORT.AZ/ Rusiya hökuməti ölkədə geni dəyişdirilmiş bitki və heyvan orqanizmlərinin (GMO) becərilməsi və yetişdirilməsinə qadağa qoyulmasını təklif edir.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Dövlət Dumasının qanunvericilik fəaliyyəti bazasına yerləşdirilib.

Qanun ekspertiza və elmi-tədqiqat məqsədi istisna olunmaqla Rusiya Federasiyası ərazisində GMO-nun becərilməsi və yetişdirilməsinə qadağa müəyyən edir.

Sənəd müvafiq orqanizm və məhsul idxalçılarının üzərinə zəruri qeydiyyat prosedurlarından keçmək öhdəliyi qoyur, həmçinin Rusiya hökumətinə aparılacaq monitorinqlərin nəticələri əsasında, göstərilən orqanizm və məhsulların ölkəyə gətirilməsini qadağan etmək hüququ verir.

Eyni zamanda, qanun layihəsi buna görə inzibati məsuliyyət, həmçinin vəzifəli şəxslər üçün 10-50 min rubl, hüquqi şəxslər üçün isə 100-500 min rubl cərimə nəzərdə tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi