Rusiya generalı Suriyada ağır yaralanıb

Rusiya generalı Suriyada ağır yaralanıb General minaya düşüb, iki ayağını və bir gözünü itirib
Digər ölkələr
3 Mart , 2017 17:54
Rusiya generalı Suriyada ağır yaralanıb

Bakı. 3 mart. REPORT.AZ/ Rusiyanın Qərb Dairəsi döyüş hazırlığı qərargahı idarəsinin rəisi, general Pyotr Milyuxun Suriyanın Palmira şəhərinin azad edilməsi uğrunda gedən döyüşdə ağır yaralanıb.

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, general minaya düşüb, iki ayağını və bir gözünü itirib.

Məlumata görə, o, hadisə yerində ilk yardım almasına baxmayaraq, vəziyyəti ağırlaşdığından xüsusi reyslə Moskvaya çatdırılaraq Burdenko adına hospitala yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi