Yuxarı
    Bağlamaq

    Rusiya FHN Rostovda qəzaya uğramış təyyarədə ölənlərin siyahısını dərc edib

    Siyahıda vətəndaşlığı dəqiqləşdirilməyən 55 sərnişinin adı yer alıb

    Bakı. 19 mart. REPORT.AZ/ Rusiya Fövqəladə Hallar Nazirliyi Rostov-na-Donuda qəzaya uğrayan "Boeing" təyyarəsinin ekipaj üzvlərinin və sərnişinlərinin siyahısını dərc edib.

    "Report" xəbər verir ki, bu barədə dövlət qurumunun rəsmi saytında məlumat yerləşdirilib.

    Dərc edilmiş siyahıda vətəndaşlığı dəqiqləşdirilməyən 55 sərnişinin adı yer alıb. Eyni zamanda, 7 ekipaj üzvünün də adları açıqlanıb. Onlardan biri Rusiya vətəndaşı (Maksim Audrus), digərləri isə əcnəbidir - Sokratous Aristos, Alava Kruz Alexandro, Kurbelo Karo Javyer Alexandro, Konfait Alex Dominik Yoram, Delakrus Laura Patrisiya, Nazirdinova Julduz.

    Dubaydan Rostov-na-Donu şəhərinə uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün səhər saatlarında Rostovda pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb. Rusiya FHN-in məlumatına görə, laynerin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı ölüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi