​Rusiya Ər-Riyadı Yəməndə əməliyyatları dayandırmağa çağırıb

​Rusiya Ər-Riyadı Yəməndə əməliyyatları dayandırmağa çağırıb Vladimir Putinin xüsusi nümayəndəsi Səudiyyə səfirini qəbul edib
Digər ölkələr
4 Aprel , 2015 00:32
​Rusiya Ər-Riyadı Yəməndə əməliyyatları dayandırmağa çağırıb

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Səudiyyə Ərəbistanı səfiri ilə görüş zamanı Yəməndə hərbi əməliyyatlara son qoymağa və münaqişəni dinc yolla həll etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in saytında yerləşdirilib.

Səudiyyə Ərəbistanının səfiri Əbdürrəhman ər-Rassini Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin birinci müavini Mixail Boqdanov qəbul edib.

"Eyni zamanda Rusiya tərəfindən Yəməndə aparılan bütün hərbi əməliyyatların dayandırılması və daxili münaqişənin geniş milli dialoq yolu ilə dinc vasitələrlə həll edilməli olduğu vurğulanıb", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi