Rusiya diplomatları Londonu tərk edir

Rusiya diplomatları Londonu tərk edir Bakı. 20 mart. REPORT.AZ/ Böyük Britaniyadan geri çağırılan Rusiya diplomatları və onların ailə üzvləri Londonu tərk edir. 
Digər ölkələr
20 Mart , 2018 15:06
Rusiya diplomatları Londonu tərk edir
Reuters

Bakı. 20 mart. REPORT.AZ/ Böyük Britaniyadan geri çağırılan Rusiya diplomatları və onların ailə üzvləri Londonu tərk edir. 

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, ondan çox avtomobil və mikroavtobus səfirlikdən hava limanına yola düşüb. 

Səfir Aleksandr Yakovenkonun hava limanına gələrək diplomatlarla şəxsən sağollaşacağı bildirilir.

Qeyd edək ki, rəsmi London, ümumilikdə, Rusiya səfirliyinin 23 əməkdaşını geri göndərib. Britaniya hakimiyyəti bu addımı Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Rusiyanın əlaqəsinin olmasında şübhələnir. Bu baxımdan, Birləşmiş Krallıq Rusiya ilə əlaqələrini qismən kəsib. Londonu isə  ümumilikdə, 80-ə yaxın səfirlik əməkdaşı və onların ailə üzvləri tərk edəcək.

Son xəbərlər

Orphus sistemi